AZ

Türkiyənin "Qəzab"ı hamını qorxudur

Türkiyənin "Qəzab" adlı yeni bombası dünyada geniş əks-səda doğurub.

"Cebheinfo.az" xəbər verir ki, qardaş ölkənin uğuru ABŞ mediasında da müzakirə predmetinə çevrilib.

Hətta "Newsweek" qəzeti "Qəzab"ı NATO üzvü olan ölkədə ən güclü bomba kimi təqdim edib.

Məqalədə qeyd olunub ki, sözügedən bomba havadan atılan ən güclü bombadır. 

Nəşr Türkiyənin təkcə əsas müdafiə sənayesi ixracatçısı olmadığını, həm də yeni istehsal edilən silahlarla türk ordusunun getdikcə gücləndiyini yazıb. Hətta "Qəzab"ın qeyri-nüvə bombaları arasında ən güclü təsirə malik olduğu da diqqətə çatdırılıb.

Həmçinin, Türkiyənin bu həmlələri ilə regional aktor kimi güclənməyə davam etdiyi bildirilib.

Seçilən
16
cebheinfo.az

1Mənbələr