AZ

Bu gün Yaponiya tarixində ən isti gün kimi qeydə alınıb

Bakı, TurkicWorld

Bu gün Yaponiyada ölkədə hidrometeoroloji müşahidələrin aparılmağa başladığı vaxtdan bəri ölkə tarixinin ən isti günü qeydə alınıb.

TurkicWorld bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, rekord hərarət Hyoqo prefekturasının Tamba şəhərində qeydə alınıb. Belə ki, termometrlərin şkalası 41,2 dərəcə selsini göstərib. Buna qədər ən yüksək temperatur göstəricisi 2018-ci ildə Saitama prefekturasında qeydə alınmışdı (41,1 dərəcə selsi).

Hərarət dalğası ilə əlaqədar Yaponiyanın 47 prefekturasından 33-də həyəcan təbili çalınıb. Yerli hökumət vətəndaşları imkan daxilində sərin məkanlarda qalmağa, çoxlu maye və duzlar qəbul etməyi, bayırda işləyən zaman müntəzəm fasilələr götürməyə çağırıb.

Seçilən
7
1
turkic.world

2Mənbələr