AZ

“Meqa Həyat Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb

“Meqa Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu, Elnur Abdullayev Elman oğludur. O buna qədər Direktorlar Şurasında müstəqil üzvü idi.

Bununla da həyat sığortası şirkətinin yuxarı idarə etmə orqanında iki şəxs Yaşar Qurbanov Feyzi oğlu sədr kimi, Cəmil Nəzərov Məhəmməd oğlu üzv kimi təmsil edilir.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100% payla “Meqa Sığorta”dır.

Seçilən
16
banker.az

1Mənbələr