AZ

İnternet təhlükəsizliyi ilə bağlı maarifləndirici təşəbbüs

Uşaq Səfirlər Məclisi (USM) internetdə şəxsi məlumatların qorunmasına dair vacib çağırış edib.

QHT.az xəbər verir ki, Məclisin sosial şəbəkə hesabında yayımlanan məlumatda rəqəmsal dünyada təhlükəsizliyin əhəmiyyəti vurğulanıb və istifadəçilərə özlərini və ətraflarını qorumağın əsas yolları xatırladılıb. Məlumatda qeyd olunur ki, hər 39 saniyədə bir haker hücumu baş verir və hesab oğurluqlarının 81%-i zəif parollardan qaynaqlanır. Belə halların qarşısını almaq üçün vətəndaşlara aşağıdakı tövsiyələr təqdim olunub:

  • Güclü parollardan istifadə etmək,

  • İki faktorlu identifikasiyanı (2FA) aktivləşdirmək,

  • Şübhəli linklərə klik etməmək,

  • Şəxsi məlumatları paylaşmamaq.

Bu mövzuda maarifləndirici poster Uşaq Səfirlər Məclisinin Biləsuvar rayonu üzrə nümayəndələri Aytac Rəsulzadə və Əli Abasov tərəfindən hazırlanıb. Təşəbbüs sosial şəbəkələrdə geniş diqqət cəlb edib və kibertəhlükəsizlik sahəsində maarifləndirmə tədbirlərinin vacibliyini bir daha gündəmə gətirib. Uşaq Səfirlər Məclisi yeniyetmələr və gənclər arasında informasiya təhlükəsizliyi vərdişlərinin formalaşdırılmasına xidmət edən bu kimi təşəbbüsləri ilə aktiv ictimai rolunu davam etdirir.

 

Pərvanə Fərhadqızı

Seçilən
7
qht.az

1Mənbələr