AZ

600-dən çox kitab qadağan edildi

“Taliban” rəhbərliyi Əfqanıstan üzrə yeni bir senzura dalğası başladaraq yüzlərlə kitabı “İslam xarici” və “azğın” elan edib. 

"Cebheinfo.az" xəbər verir ki, “Taliban” lideri Molla Hibetullah Axundzadənin yaydığı xüsusi əmrlə kitab mağazalarından məktəb və universitet kitabxanalarına qədər bütün qurumlara bu əsərlərin toplanması göstərişi verilib. “Cumhuriyetin Independent Persian”-nın verdiyi xəbərə görə, toplatılan kitablar arasında Yuval Noah Hararinin çox satılan “Sapiens” əsəri, Dantenin “İlahi Komediya”sı, Cəbrayıl Cibranın Ərmişi və Mormon inancına aid “The Book of Mormon” kitabı da var. 

Qadın haqlarını, sekulyar idarəçiliyi, Birləşmiş Millətlər Təşkilatının bəyanatlarını və “Taliban”ı tənqid edən məzmunlara sahib yüzlərlə əsər artıq qadağa siyahısına əlavə olunub. 13 iyulda Din İşləri, Həcc və Rəhbərlik, Məlumat və Mədəniyyət, Təhsil və Ali Təhsil nazirlikləri ortaq iclas keçirərək qadağaları nəzarətdə saxlayacaq yeni bir senzura komitəsi yaradıb.

Bu komitə kitab məzmunlarını yoxlayaraq “şübhəli” hesab edilənləri din xadimlərinə göndərir. Nəticə isə elmi deyil, tamamilə dini rəylərə əsaslanır. “Taliban”ın din işləri naziri Nur Məhəmməd Saqib bu kitabların “cəmiyyəti pozmaq və gəncləri yanlış yollara sürükləmək” məqsədilə yazıldığını iddia edərək, yeni dövrdə yalnız “İslami və saf” əsərlərin xalqa təqdim ediləcəyini bildirib. 

Kabil və Heratdakı nəşriyyatlardan alınan məlumata görə, “Taliban”ın senzura siyahısı yalnız qərbli mütəfəkkirlərlə məhdudlaşmır. İranlı və əfqan İslam alimləri də bu qadağalardan payını alıb. Qadağan olunanlar siyahısında Cəmaləddin Əfqani, Seyyid Qutub, Yusuf əl-Qaradavi, Əli Şəriəti, Murtəza Mutəhhəri kimi müəlliflərin kitabları yer alır. Bu əsərlər “şiə təbliğatı”, “batil inanclar”, “sekulyarlıq”, “qadın azadlığı” və ya “”Taliban”a qarşı baxışlar” daşımaq kimi ittihamlarla rəflərdən yığışdırılır. Bundan əlavə, musiqi, rəqs, incəsənət kimi mövzuları əhatə edən kitablara da birbaşa qadağa qoyulduğu bildirilir. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr