AZ

DİQQƏT: Ən çox bu sahədə saxta vakansiyalar yerləşdirilir

Təcrübəsindən asılı olmayaraq hər birimizin yaşadığı müəyyən işsizlik dönəmi olur  ki,  əmək bazarında bəzi şübhəli məqamların üzə çıxmasına kömək edir. Xüsusilə də “Kabus iş” (Ghost job) adlanan, əslində mövcud olmayan vəzifələr səbəbindən həm vaxtımız, həm də əsəblərimiz gedir. Greenhouse şirkətinin bu ilin ilk yarısı üçün  yayımladığı araşdırma nəticələrinə görə, ən azı hər beş vakansiyadan biri saxta elanlardır.
 

MÖVZU İLƏ BAĞLI

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ - VİDEO


Təkcə bu il 30% şirkətlərin aktiv saxta elanları mövcuddur. 67% elanların məqsədi CV toplamaq, şirkətin böyüdüyü təsirini yaratmaq üçün edilir. Bundan başqa bu paylaşımlar guya işçilərin iş yükünün azaltmaq və ən əsası əməkdaşlarına  “yerimə başqası gəlir” qorxusu yaşatmaq üçün tətbiq edilir.

Azərbaycan da bənzər problemdə geri qalmır. İnsan resursları üzrə mütəxəssis Türkan Abbasova deyir ki, belə saxta və faydasız elanların yerləşdirilməsinin bir neçə səbəbi var:
 

Namizəd bazası toplamaq (Talent pool), yəni gələcəkdə yaranacaq ehtiyac üçün uyğun namizədləri əvvəlcədən toplamaq; bazarda hansı tip profillərin aktiv olduğunu, mövcud maaş gözləntilərini öyrənmək; hansı bacarıqların daha çox yayğın olduğunu anlamaq; hər hansı bir vəzifə üçün təklif olunan təcrübə səviyyəsini qiymətləndirmək üçün yalan vakansiyalar yerləşdirirlər.


Bundan başqa, aktiv və böyüyən bir təşkilat imici yaratmaq, işəgötürən kimi “maraqlı” olduğuna dair təəssürat yaratmaq məqsədi güdür.

Bəs hansı qurumlar bu taktikadan istifadə edirlər?

Müşahidələr göstərir ki, bu, daha çox özəl sektorun əl atdığı üsullardır. Əsasən də texnoloji, xidmət, marketinq və satış sahələrinə aid saxta və çox yüksək maaşlı elanlar verilir. “Yüksək kadr dövriyyəsi” imici yaratmaq üçün bu metodu əllərində bayraq ediblər.

Ənənəvi dövlət qurumlarında bu cür üsullara nadir rast gəlinir, çünki işə qəbul daha çox rəsmiyyət və müsabiqə əsaslı keçirilir.

Problemin qeyri-etik tərəfləri də budur ki, iş axtaranlarda güvən zədələnir, müraciətə cavab almadığı üçün iş axtarışı həvəsi azalır. Qurumlar isə etik riskləri deyil, qazanc və şəxsi mənafelərini üstün tutduğu üçün hazırda belə acınacaqlı vəziyyət yaranıb.


Ona görə də Azərbaycanda normal, sivil şəkildə ciddi qurumlara CV qoyub iş axtarmaq yerinə dədə-baba qaydasıyla, yəni tanışlıq və yaxın əllaqələrdən istifadə etməklə iş tapılır.

Göründüyü kimi, bu sahədə qanunvericilik səviyyəsində daha ciddi şəffaflıq və yoxlama mexanizmlərinin tətbiqi vacibdir. Movzunu davam etdirəcəyik.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr