AZ

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 9 milyard 38 milyon 792 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 763 milyon 204 min ABŞ dolları (24,2%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Aİ ölkələrindən idxal isə 1 milyard 422 milyon 772 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin birinci yarısına nisbətdə 169 milyon 238 min dollar və ya 13,5% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 7,3 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,3 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
11
1
banco.az

2Mənbələr