Azərbaycan Respublikası Tarif (qiymət) Şurası "Azəristiliktəchizat" ASC tərəfindən göstərilən xidmətin tarifində dəyişiklik edib.
Sherg.az xəbər verir ki, yeni tariflər Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, “İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə”yə (əhali qrupuna aid istehlakçılar) əlavə edilən dağ rayonlarında 2025-ci il 1 noyabr tarixindən, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq olunacaq.
Qərarı Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov imzalayıb.