AZ

Bu tarixdə ölkəyə 7 ticarət mərkəzi gələcək

Türkiyədə ticarət mərkəzləri artıq təkcə alış-veriş yeri deyil, həm də sosial həyat mərkəzi funksiyasını daşıyır. Nuri Şapkacı bildirib ki, qida və içki sahələri, uşaq meydançaları, mədəniyyət tədbirləri və idman studiyaları bu məkanları çoxşaxəli yaşayış mərkəzinə çevirir.

News24.az xəbər verir ki, mənzil, otel və alış-veriş mərkəzlərini birləşdirən qarışıq istifadə layihələri artmaqdadır və bu yanaşma həm gündəlik həyatı asanlaşdırır, həm də brendlərlə istehlakçılar arasında daha sıx əlaqə yaradır- deyə Şapkacı əlavə edib. 

2024-cü ildə Türkiyədə ticarət mərkəzlərinin ümumi dövriyyəsi 55 milyard dollar olub. 2025-ci ilin ilk yarısında kvadrat metr məhsuldarlığı ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% artıb.

Yanvar-iyun aylarında ən çox satış artımı qeydə alınan kateqoriyalar:

Hipermarket: 34,8%

Geyim: 34,2%

Qida və içki: 33,1%

Texnologiya: 30%

Ayaqqabı: 13,5% (inflyasiyanın gerisində qalır)

Xeyrənsə Piriyeva

Seçilən
58
news24.az

1Mənbələr