AZ

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alt portfelindən yüksək məbləğdə kapital çıxışı baş verib

2024-cü il üzrə Neft Fondunun borc öhdəlikləri və pul bazarları alt portfelindən 2024-cü ildə yüksək məbləğdə kapital çıxışı baş vermiş, kotirovka olunan səhm alt portfelində isə yeni investisiya və ya likvidasiya baş verməmişdir. Hesabat ilində borc öhdəlikləri və pul bazarları alt portfelindən azaldılan vəsait daşınmaz əmlak alt portfelinə 353,8 mln. ABŞ dolları, özəl səhm portfelinə 248,2 mln. ABŞ dolları, qızıl alt portfelinə isə 3 610,9 mln. ABŞ dolları vəsait yönəldilmişdir. 2024-cü ildə valyuta riski borc alətləri və daşınmaz əmlak alt portfellərinə mənfi təsir etmiş, qızıl alt portfeli isə bu riski kompensasiya etmişdir. Ümumilikdə, 2024-cü il ərzində Fondun büdcə gəlirləri 10 611,2 mln. ABŞ dolları, büdcə xərcləri isə 7 586,1 mln. ABŞ dolları təşkil etmişdir. Gəlirlərin 3 409,0 mln. ABŞ dolları Fondun aktivlərinin idarə olunmasından əldə edilmiş investisiya gəlirləri hesabına formalaşmışdır. Hesabat dövründə Fondun nəğd daxilolmaları 7 202,2 mln. ABŞ dolları səviyyəsində olmuşdur ki, bu da ümumi büdcə gəlirlərinin təxminən 67,9%-ni təşkil edir. Eyni zamanda, büdcə xərclərinin 383,9 mln. ABŞ dolları həcmində olan hissəsi nəğd pul axınları ilə əhatə olunmamışdır. Sözügedən vəsaitin maliyyələşdirilməsi Fondun yüksək likvidlikli Borc Öhdəlikləri və Pul Bazarları alt portfelindən vəsait çıxarılması hesabına təmin olunmuşdur.

Seçilən
28
teleqraf.com

1Mənbələr