Bakı. Trend:
“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətintarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif(qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 17 nömrəliQərarında dəyişiklik edilib.
Trend xəbərverir ki, bununla bağlı Tarif (qiymət) Şurasının sədri MikayılCabbarov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, əhali istehlakçı qrupuna göstərilən istiliktəchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1m2 üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib.Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahəüçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib.
Bu Qərar “İstilik və isti su təchizatı xidmətlərinə dairmüqavilə”yə (əhali qrupuna aid olan istehlakçılar) əlavə iləmüəyyən edilmiş dağ rayonlarında 2025-ci il 1 noyabr, digərərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq ediləcək.