AZ

Kamçatka zəlzələləsi kosmik amillərdən qaynaqlanıb? - Alim açıqladı

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib ki, Kamçatkada baş verən zəlzələ heç bir kosmik faktorla baş verməyib.

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Kamçatkada güclü zəlzələnin kosmik səbəblərini göstərən obyektiv faktlar yoxdur", deyə Boqaçev qeyd edib.

O izah edib ki, seysmik hadisəyə meteorit düşməsi səbəb ola bilməz, kosmik cisim qurudan uzaq düşsə belə, atmosfer detektorları tərəfindən aşkar edilir. Həmçinin, son bir neçə gündə Günəşdə heç bir mühüm hadisə müşahidə olunmayıb.

Daha əvvəl "Metro" "yapon Vanqa" Ryo Tatsukinin 2025-ci ilin iyulunda zəlzələ və sunami olacağını proqnozlaşdırdığını bildirmişdi. Yapon qadın 1990-cı illərdə gördüyü 15 yuxusunu gündəliyinə yazıb və bir çoxu gerçəkləşib.

Onlardan birində qadın “Yaponiya ilə Filippin arasında dəniz dibinin altında bir çatın necə açıldığını, Tohoku zəlzələsindən üç dəfə yüksək dalğaların sahilə çırpılmasına səbəb olduğunu” görüb. Onun qeydləri 1999-cu ildə “Gördüyüm Gələcək” adlı manqada dərc olunub. Nəşr dəqiq proqnozları, o cümlədən koronavirus epidemiyası, həmçinin 2011-ci ilin martında baş verən zəlzələ və sunami ilə məşhurlaşıb.

Samir
 

Seçilən
0
hit.az

1Mənbələr