AZ

Bakı-Tiflis-Qars və Orta Dəhliz Türkiyə-Gürcüstan Komissiyasında müzakirə olunacaq

BAKI, AzerVoice

Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Türkiyə-Gürcüstan 6-cı Dövrü Qarışıq İqtisadi Komissiya (KEK) Toplantısı sabah Tiflisdə keçiriləcək.

AzerVoice xəbər verir ki, Uraloğlu yazılı açıqlamasında, sabah keçiriləcək KEK toplantısında Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivishvili ilə həmsədrlik edəcəklərini bildirdi.

Toplantının Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacağını qeyd edən Uraloğlu, görüşlərdə nəqliyyat, daşımalar, logistika və əməkdaşlıq imkanlarının müzakirə ediləcəyini ifadə etdi.

Uraloğlu Gürcüstanla dostluq əlaqələrinin ortaq hədəflər istiqamətində daha da möhkəmlənəcəyinə işarə edərək bunları qeyd edib.

"Toplantıda iki ölkə arasında ticarət, investisiya, podratçılıq, logistika və daşımalar, gömrük, turizm və enerji sektorlarındakı cari inkişafları müzakirə edəcəyik. Gürcüstan proqramı çərçivəsində Baş nazir İrakli Kobaxidze, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Kvrivishvili və İnfrastruktur naziri Revaz Sokhadze ilə ayrıca ikitərəfli görüşlər keçirməyi planlaşdırmışıq. Tiflis görüşlərimizdə avtomobil yolu sektorunda daşımaların sərbəstləşdirilməsi, rəqəmsallaşma, dəmir yolu sektorunda isə Bakı-Tiflis-Qars xətti və Orta Dəhlizdəki cari inkişaflar kimi mövzular gündəmdə olacaq." - deyə Uraloğlu qeyd edib.

Seçilən
6
turkic.world

1Mənbələr