AZ

"Bavariya" "Liverpul"dan Luis Diası transfer etdi

"Bavariya" klubu "Liverpul"un futbolçusu Luis Diasın keçidini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu ilə dörd il müddətinə müqavilə bağlanıb.

Məlumatlara görə, transferin dəyəri 75 milyon avro olacaq. Bu məbləğ ilə "Liverpul" yeni transfer hədəfi olan "Nyukasl"ın hücumçusu Aleksander İsakı heyətinə qatmaq niyyətindədir.

Luis Dias 2022-ci ildə "Portu"dan "Liverpul"a keçib. İngiltərə klubunda keçirdiyi dövr ərzində 50 oyunda iştirak edən futbolçu 17 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, Diasın cari bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
18
90deqiqe.az

1Mənbələr