AZ

Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı

O, ABŞ-da doğulub, amma ürəyi Azərbaycanla döyünür. Cefri Verbok yarım əsrdən çoxdur ki, Azərbaycan muğamına könül verib və onu dünyada tanıdır.

Publika.az xəbər verir ki, amerikalı musiqiçi AStar TV-yə Azərbaycan muğamına olan sevgisindən danışıb.

O, nəinki tarda, kamançada və qavalda ifa edir, həm də Azərbaycan dilində çox yaxşı danışır.

Cefri Verbok Azərbaycana ilk səfərini belə xatırlayır:

“1988-ci ildə Alim Qasımov, Ramiz Quliyev, Şəfiqə Eyvazova ABŞ-a konsert verməyə gəlmişdi. Orada Alim Qasımova məktub verərək Azərbaycana gəlmək istəyimi dedim. Məktubu Xalq şairi Nəbi Xəzriyə vermişdilər, o, məni Azərbaycana dəvət etdi. Zeynəb Xanlarova da ABŞ-a gələndə onunla birlikdə səhnə aldım. Mənim Azərbaycanda tanınmağımda Zeynəb xanımın rolu böyükdür. O, mənim ifamı çəkib AzTV-də yayımlatmışdı. Bakıya gələndə hər kəs mənimlə görüşürdü, mən isə təəccüb içində idim. Burada məşhur olmağımdan xəbərim belə yox idi”.

Seçilən
18
1
publika.az

2Mənbələr