AZ

Gəlin maşını qəzaya düşdü – ANBAAN VİDEO

Türkiyənin Bursa şəhərində gəlin maşını qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, hadisə şadlıq evinin qarşısında baş verib.

Məlumata görə, yeni evlənən cütlük toydan sonra evə yola düşməyə hazırlaşırmış.
 

Gəlin maşınını şadlıq sarayının qarşısına gətirən bəy həyəcandan əl əyləcini çəkməyi unudub və nəticədə qapıları açıq vəziyyətdə olan avtomobil hərəkət etməyə başlayıb.


Maşın yolun ortasındakı divara qədər gedib. Avtomobil divara dəydikdən sonra dayanıb.

Xəsarət alan olmayıb.


Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr