Dövlət məktəbəqədər təhsil müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir.
“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova brifinqdə deyib.
Onun sözlərinə görə, növbəsi olmayan və boş qruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır:
"İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır. Bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır. Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətəbaşlaması planlaşdırılır".
MƏLUMAT YENİLƏNİR...