AZ

Atəşfəşanlığa görə 9 ölü

Tailandda atəşfəşanlıq üçün material istehsal olunan binada baş verən partlayışda ilkin məlumata görə 9 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Tailandın Kançanaburi əyalətinə bağlı Muang bölgəsində atəşfəşanlıq istehsal olunan bir binada yerli vaxtla saat 11:00-da partlayış baş verib.

Partlayışdan sonra hadisə yerinə gedən polis ilkin məlumata görə, 9 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını açıqlayıb.

Polis yaralanan şəxsin xəstəxanaya aparıldığını və partlayışın səbəbi ilə bağlı araşdırmaya başlanıldığını bildirib.

Seçilən
25
cebheinfo.az

1Mənbələr