AZ

Paris-2024: Finalda Azərbaycan təmsilçisini məğlub etmiş Özbəkistan boksçusundan dopinq çıxdı

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Özbəkistan boksçusu Lazizbek Mullajonovun dopinq-testi müsbət çıxıb.

Teleqraf Beynəlxalq Test Agentliyinə (ITA) istinadən xəbər verir ki, iyunun 11-də World Boxing təşkilatı üçün götürülmüş yoxlama nəticəsində metasteron metaboliti aşkarlanıb.

Bu analobik steroid Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələri siyahısına daxildir. Boksçu B probunu da xahiş etmək hüququna malikdir. Bu yoxlama da müsbət nəticə versə, idmançı diskvalifikasiya olunacaq.

Qeyd edək ki, Lazizbek Mullajonov Paris-2024-də 92 kq çəki dərəcəsində çıxış edib. O, finalda Azərbaycan təmsilçisi Alfonso Domingesi məğlub edib.

Seçilən
32
teleqraf.com

1Mənbələr