AZ

32 min 381 uşağın bağçaya qəbul edilməsi ilə bağlı valideynlərə sms göndərilib

Bu günə qədər 32381 nəfər uşağın bağçaya qəbulu ilə bağlı valideynələrə sms-lər daxil olub.

Teleqraf xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər və ümumi təhsil ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, Məktəbəqədər təhsilin aktuallığı və vacibliyi ən prioritet sahələrdəndir:

"Uşaqların akademik nailiyyətlərinə təsir edən ən önəmli faktorlardan biri məktəbəqədər təhsilə cəlb olunmasıdır. Həyat üçün lazım olan bacarıqların təməli 1-5 yaş arası dövrdə formalaşır".

Onun sözlərinə görə, bu il 2025-2026-cı təhsil ili üçün 58 min 500 nəfər uşaq qəbulu proqnozlaşdırılır.

Bu günə qədər 32381 nəfər uşağın bağçay qəbulu ilə valideynələrə sms-lər daxil olub.

Bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlbedilməsi üçün alternativ olaraq qısamüddətli təlimqrupları fəaliyyət göstərir. Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik 2 saatlıq təlimlərə cəlb olunub. 2018-ci ildən tətbiq olunan bu model qadınlarınməşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqlarınməktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir. 2025/26-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir. Özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində 2-si regionda olmaqla, ümumilikdə 24 özəl bağça qrantlayihəsinə qoşulub və 1300 uşaq bu xidmətdənyararlanıb. Layihə üzrə dövlət hər bir uşaq üçün aylıq 250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissə isəvalideyn tərəfindən ödənilir

Seçilən
6
teleqraf.com

1Mənbələr