"Simpsonlar" (The Simpsons) cizgi serialının yaradıcısı Matt Qrininq Donald Tramp və İlon Mask barədə yeni proqnozlar verib.
Moderator.az xəbər verir ki, 71 yaşlı rəssam və yazıçı bu həftəsonu "San Diego Comic-Con" tədbirində iştirakı zamanı serialın 37-ci mövsümü barədə danışıb.
Qrininq, “Düzünü desəm, 36-cı mövsümdə bitirəcəyimizi düşünmüşdüm. Ancaq bir nəfər vəfat edənə qədər davam edəcəyik."- deyərək, Tramp ölənə qədər serialın bitməyəcəyinə işarə edib.
Daha sonra zarafatla, Trampın ölümünə xalqın necə reaksiya verəcəyi barədə də danışıb: "Məlum şəxs öldüyündə “Simpsonlar” xalqın küçələrdə rəqs edəcəyini proqnozlaşdırır. Ta ki, Prezident Vans küçələrdə rəqsi qadağan edənə qədər".
Qrininq İlon Mask barədə də proqnozlar səsləndirib. Qeyd edib ki, "Simpsonlar İlon Maskın Marsa ayaq basan ilk insan olacağını proqnozlaşdırır. O, Marsa məcburi eniş edəcək. Ancaq radio vasitəsilə, həmişəlik orada qaldığını elan edəcək”. Və ən duyğulusu odur ki, yolda bütün sədaları eşidəcək".