AZ

Trampdan Rusiyaya SON XƏBƏRDARLIQ – Kreml çətin seçim QARŞISINDA

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq üçün verdiyi 10 günlük möhlət barədə danışıb.

Tramp bildirib ki, Vaşinqton administrasiyası 10 gün ərzində Ukraynadakı münaqişənin nizamlanmasına dair Rusiya ilə razılığa gəlmək istəyir.
 

MÖVZU İLƏ BAĞLI

Tramp: “Putin məni dörd dəfə aldatdı, məyusam”


Əks halda idxal rüsumları tətbiq olunacaq.

 “Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm” – Tramp əlavə edib.

Göründüyü kimi, Tramp artıq ikinci dəfədir ki, Rusiyaya xəbərdarlıq edir. Onun budəfəki xəbərdarlığı daha ciddi təsir bağışlayır. Aydın məsələdir ki, ABŞ-ın tətbiq edəcəyi idxal rüsumları Rusiyanın onsuz da ağır durumda olan iqtisadiyyatına daha bir zərbə vuracaq.


Rusiya isə hələlik Ukraynaya zərbələr endirməkdə davam edir. Yenə də Ukraynanın bir sıra şəhərləri raket hücumlarına məruz qalıb.

Yaranmış vəziyyətdə görəsən, Kreml Trampın təhdidləri fonunda geri çəkiləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Rusiya hər halda müharibəni davam etdirməkdə israrlı görünür:

 

Bu mənada Rusiya çalışacaq ki, Trampın təhdidlərinə rəğmən müharibəni davam etdirsin. Lakin 10 gündən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən Rusiyaya qarşı böyük iqtisadi zərbələr endiriləcək. Bu zərbələri də əsasən Rusiyanın neft sektoruna vuracaq”.

 

Deputatın fikrincə, hər şey Trampın atacağı addımdan sonra Rusiyanın öz neftini satmaq üçün itirəcəyi qara bazarları digər gizli gəlir mənbələri ilə əvəzləyə bilib-bilməyəcəyindən asılıdır:

 

“İndi əsas sual odur ki, Rusiya bu zərbələrdən qurtula biləcəkmi? Hər şey Trampın addımı fonunda kəsiləcək kanallar müqabilində Rusiyanın öz neft və qazını satmaq üçün başqa digər qara bazarları tapmaq, əldə etmək imkanının olub-olmayacağından asılıdır.


Bunu edə biləcəksə, Rusiya müharibəni davam etdirəcək. Edə bilmədiyi təqdirdə isə son nəticədə təhdidlər qarşısında geri addım atmaq məcburiyyətində qala bilər”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr