AZ

BKM üzərindən aparılan əməliyyatların sayı və məbləği artıb

2025-ci ilin iyulun 1-nə olan məlumata görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) üzərindən 74 milyon ədəd ödəniş əməliyyatı icra olunub. Ümumi məbləğ 3,5 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BKM vasitəsilə həyata keçirilmiş ödənişlərin sayı 26,3 milyon ədəd və ya 55 faiz, məbləği isə 1,2 milyard manat və ya 53,4 faiz artıb.

BKM xətti ilə ABŞ dolları ilə aparılan əməliyyatlarda da artım qeydə alınıb. Belə ki, hesabat tarixinədək 27,8 min əməliyyat icra olunub, ümumi məbləğ isə 6,8 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə say baxımından 29,9 faiz (6,4 min ədəd), məbləğ baxımından isə 36 faiz (1,8 milyon dollar) artım deməkdir.

Avro ilə aparılan əməliyyatlarda isə fərqli dinamika müşahidə olunub. İyulun 1-nə qədər 16,6 min ədəd əməliyyat icra olunub, bu da illik müqayisədə 16 min ədəd və ya təxminən iki dəfə azalma deməkdir. Lakin əməliyyatların ümumi məbləği dəyişməz qalaraq 2,1 milyon avro səviyyəsində qalıb.

Fuad Mədətov
Finss.az

Seçilən
20
fins.az

1Mənbələr