BAKI, 30 iyul. TELEQRAF
Bu il 81 nəfər məktəb direktoru işə başlayıb.
Teleqraf xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər və ümumi təhsil ilə bağlı brifinqdə deyib.
O qeyd edib ki, indiyə qədər məktəb direktorları üçün iki müsabiqə keçirilib, üçüncü müsabiqə də keçiriləcək.
İlhamə Rəsulova qeyd edib ki, işə qəbul edildikdən sonra direktorlar üçün ikigünlük təlim keçirilir.