Körpələrin əllərini ətçəkən maşına salaraq travma alma halları çox olur.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travmatologiya və ortopediya şöbəsinin həkimi İlham Şıxbabayev canlı yayımda deyib.
O qeyd edib ki, həmçinin skuter kimi nəqliyyat vasitələrindən istifadə zamanı da travma alan uşaqların sayında son zamanlar artım olub:
"Son bir ayda belə hallla bağlı Ortopediya İnstitutuna 48 müraciət daxil olub, xəsarət alanlardan 12-si əməliyyat olunub. Digərləri isə ambulator müayinəyə buraxılıb".
İ.Şıxbabayev əlavə edib ki, ilin isti aylarında uşaqlar üçün oyun şəraiti daha geniş olduğu üçün travma halları ilə bağlı müraciətlər çox olur:
"Gün ərzində müraciətlərin 40-ı uşaqların travması ilə bağlıdır. Soyuq aylarda isə əsasən məişət problemləri zamanı baş verən hadisələrə rast gəlinir".