Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə özəl-dövlət tərəfdaşlığı modeli üzrə 24 özəl bağça qrant layihəsinə qoşulub. Onlardan ikisi regionlarda yerləşir. Bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində 1 300 uşaq məktəbəqədər təhsilə cəlb olunub.
Dövlət hər bir uşaq üçün aylıq 250 manat maliyyə vəsaiti ayırır, yerdə qalan məbləğ valideyn tərəfindən ödənilir.
Bununla yanaşı, dövlət bağçalarında optimallaşdırma prosesi aparılır. Növbəsi olmayan və boş qalan qruplar bağlanır, ehtiyac olan bağçalarda isə əlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi nəzərdə tutulur.
Gülnar Nazimqızı