AZ

Məktəbəqədər təhsil müəssisələrinin qida ilə təminatı nəzarətdə saxlanılır - İlahə Rəsulova

Bakı.Trend:

Hər il məktəbəqədər təhsil müəssisələri məişətavadanlıqları vələvazimatlarla təmin olunur.

Trend xəbərverir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədərvə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilintəşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq Nazirlər Kabinetinin 171saylı qərarı vəbeynəlxalq sənədlər əsasında “oyuncaq siyasəti”sənədi hazırlanıb:

"Sənəddə yaş qruplarına uyğun olaraq hansı növ və neçə ədədoyuncağın təqdimolunmalı olduğu əksini tapıb. Bu sənədə əsasənbağçalara oyuncaqlar bağlama şəklində təqdimedilib. Müəssisələrinqida ilə təminatı diqqət mərkəzindədir. Artıq iki ildir ki,qidalanma ilə bağlı pilot layihəsi tətbiq olunur. Uşaqlarıngündəlikqidalanma rasionu vahid menyu ilə tənzimlənir".

O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu iləəməkdaşlıq çərçivəsində indiyədək 1600 nəfər qida ilə məşğul olanəməkdaş təlimlərə cəlb edilib:

"900 müəssisədə qida nümunələri götürülərək laborator analizləraparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laboratoranalizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndiriciplakatların yerləşdirilməsi planlaşdırılır".

Seçilən
71
az.trend.az

1Mənbələr