AZ

Özbəkistanlı olimpiya çempionu dopinq testindən keçə bilməyib

Özbəkistanlı boksçu, Paris Yay Olimpiya Oyunlarının qalibi Lazizbek Mullacanov dopinq testindən keçə bilməyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

26 yaşlı idmançının dopinq testi metasteron - əzələ kütləsinin sürətli artımına, həmçinin dözümlülük və fiziki gücün artmasına kömək edən sintetik anabolik steroid - üçün müsbət nəticə verib.

Mullacanovdan nümunə iyunun 11-də götürülüb. İndi onun B nümunəsinin analizini tələb etmək hüququ var. B nümunəsinin nəticəsi birinci nümunənin məlumatlarını təsdiqləsə, idmançı antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya ediləcək.

Qeyd edək ki, L.Mullacanov Paris-2024-də 92 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Seçilən
27
report.az

1Mənbələr