AZ

Nazirlik: İnsan alveri qurbanları sosial müdafiə və reabilitasiya xidmətləri ilə təmin olunurlar  

Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilməklə bərabər, insan alveri qurbanlarının sosial müdafiəsi, onların reabilitasiyası istiqamətində də işlər aparılır.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanları və potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olanlar) sosial-hüquqi, sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təmin olunurlar.

Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti həmin şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edərək həyata keçirir.

İnsan alveri qurbanları və potensial insan alveri qurbanları aktiv məşğulluq proqramlarına cəlb edilməklə, onların məşğulluğuna da dəstək göstərilir. Eyni zamanda, insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün bölgələrdə maarifləndirici tədbirlər həyata keçirilir.

Qeyd edək ki, BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd olunur.

Seçilən
6
7
azerbaijan-news.az

8Mənbələr