Hazırda ölkə üzrə dövlət məktəbəqədər təhsil müəssisələrində 340 müdir vəzifəsi vakantdır.
News24.az xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Hüseynova brifinq zamanı bildirib. Onun sözlərinə görə, bu vəzifələrin boş qalması əsasən struktur dəyişiklikləri, yeni bağçaların açılması və bəzi hallarda idarəetmədə aparılan islahatlarla bağlıdır.
“Müdir vəzifələrinin peşəkar və təcrübəli kadrlarla təmin olunması üçün hazırda seçim prosesi aparılır. Məqsəd bağçalarda idarəetmə keyfiyyətini yüksəltmək və tədris mühitini daha səmərəli təşkil etməkdir,” – deyə İlahə Hüseynova qeyd edib.
Bildirilib ki, vakant yerlərə təyinatlar şəffaf və mərhələli şəkildə həyata keçiriləcək. Namizədlərdən həm pedaqoji, həm də idarəetmə sahəsində təcrübəli olmaları tələb olunur.
Aqil Qarayev