AZ

Müəllim olmaq istəyənlərə ŞOK ZƏRBƏ - Onlarla ixtisas ləğv olundu 

"Bu il ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji – yəni müəllimlik ixtisaslarının sayı kəskin şəkildə azaldılıb. Hətta bəzi universitetlərdə bəzi müəllimlik ixtisasları tamamilə ləğv olunub".

Referans bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial media hesabında qeyd edib.

Ekspert qeyd edir ki, bu səbəbdən abituriyentlər ixtisas seçimi zamanı çox diqqətli olmalıdırlar:

"2024-cü ilin ballarına əsaslanaraq seçim edərkən unutmayın ki, bu il pedaqoji ixtisasların keçid ballarında ciddi artım gözlənilir".

Bəzi ekspertlər qeyd edir ki, ali təhsil müəssisələrində müəllimlik ixtisaslarının sayının kəskin azaldılması qərarının arxasında müxtəlif səbəblər dayanır. Belə ki, son illərdə pedaqoji ixtisaslara marağın artması, lakin məzunların böyük bir qisminin müəllim kimi işlə təmin olunmaması, eləcə də müəllim yüklərinin bölgələr üzrə qeyri-bərabər paylanması bu sahədə kəmiyyətə deyil, daha çox keyfiyyətə üstünlük verilməsini gündəmə gətirib. Digər tərəfdən, müəllimlik ixtisaslarına qəbul zamanı Dövlət İmtahan Mərkəzinin keçirdiyi "sınaq müsahibələri"ndə aşağı nəticə göstərən gənclərin sayı da bu sahəyə yenidən baxılmasının vacibliyini ortaya qoyub. Beləliklə, keçid ballarının ötən illərlə müqayisədə xeyli yüksəlməsi gözlənilir. Belə ki, ötən illərdə 200-250 balla qəbul olunan bəzi müəllimlik ixtisaslarına bu il 300 baldan yuxarı nəticə tələb oluna bilər.

Mütəxəssislər bildirirlər ki, bu proses həm də müəllimlik peşəsinin nüfuzunu artırmaq, bu sahəyə daha hazırlıqlı və peşəyə həqiqi marağı olan abituriyentləri cəlb etmək məqsədi daşıyır. Eyni zamanda müəllimlərin əməkhaqqında baş verən artımlar, "sertifikasiya" prosesi və təhsil islahatları fonunda pedaqoji sahəyə peşəkar yanaşma zərurəti yaranıb.

Seçilən
11
referans.az

1Mənbələr