2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində çalışan bütün pedaqoji heyətin mərhələli şəkildə sertifikasiyadan keçirilməsi planlaşdırılır.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib.
Onun sözlərinə görə, bu addım müəllimlərin peşəkarlığının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.