AZ

Zaxarova: İrana yeni zərbələrlə bağlı təhdidlər var

BAKI, 30 iyul. TELEQRAF

“İranın nüvə obyektlərinə yeni zərbələrin endirilməsi ilə bağlı müntəzəm təhdidlər narahatlıq doğurur”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“İranın nüvə obyektlərinə yeni raket və bomba zərbələrinin endirilməsi ilə bağlı mütəmadi təhdidlər ciddi narahatlıq doğurmaya bilməz. Bura bu cür bəyanatların nüvə silahının yayılmaması ilə bağlı xəyali narahatlıq pərdəsi altında edilməsi də daxildir. Qeyd etmək istərdim ki, söhbət nüvə silahından gedir”, - diplomat bildirib.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr