AZ

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Göygöl rayonunda tədbir keçirib - FOTOLAR

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Göygöl rayonunda tədbir keçirib.

QHT.az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Göygöl Gənclər Evində maarifləndirici tədbir həyata keçirib. 

Tədbirdə Göygöl RİH başçısı aparatı yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova, Göygöl RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Ceyhun Hümbətov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə Cəfərova, Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru polis kapitanı Elçin Məmmədov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva, İB-in sədr müavini, təhsil eksperti Nuranə Şixəliyeva, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiyə Hacımuradova, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyeva, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini və psixoloq Vəfa Abbasova, müəllimlər və psixoloqlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin Azərbaycanda gender əsaslı zorakılığın qarşısını almaq və zorakılığa məruz qalmış şəxslərin sosial, hüquqi və psixoloji dəstək almasını təmin etmək olduğunu vurğulayıb. 

Mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanıb.

Seçilən
24
3
qht.az

4Mənbələr