AZ

Azərbaycanın tikinti şirkəti kütləvi üsul ilə 10 milyon manatlıq istiqraz təklif edəcək

Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan "Kristal Bakı" ASC 10 milyon manatlıq istiqraz buraxacaq.

Marja.az xəbər verir ki, 25 avqust 2025-ci il tarixində "Kristal Bakı" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə "Kristal Bakı" ASC-nin hər birinin nominal dəyəri 20 min manat olan 500 ədəd adlı, faizli, sənədsiz, təmin edilməmiş istiqrazların kütləvi təklif üsulu ilə buraxılışı daxildir.

 

kristal-bakıistiqrazkristalbakı
Seçilən
13
1
marja.az

2Mənbələr