AZ

121 min uşaq birinci sinfə qəbul olunub

Uşaqların birinci sinfə qəbulu uğurla davam edir.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.

O bildirib ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu mayın 6-da start verilib və indiyədək 121 min uşağın qəbul prosesi tamamlanıb. 
“Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib.

Hazırda valideynlər məktəbəqəbulu.edu.az platformasına daxil olaraq, seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsil müəssisələrinə sorğularını yerləşdirə bilərlər. Qəbul prosesi 12 sentyabra qədər davam edəcək və bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər”.

Seçilən
6
20
azedu.az

10Mənbələr