Bakı, 30 iyul, AZƏRTAC
İtaliyanın kişilərdən ibarət voleybol yığması Millətlər Liqasının ilk yarımfinalçısı olub.
AZƏRTAC xəbər verir ki, komanda Çinin Ninbo şəhərində keçirilən 1/4 final matçında Kuba ilə qarşılaşıb.
Gərgin və maraqlı keçən görüş italiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.