AZ

İlahə Rəsulova: 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər aparılıb

Bakı, 30 iyul, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb. Bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Şöbə müdiri bildirib ki, bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərindavam etdirilməsi planlaşdırılır: “Agentlik və yerli təhsili idarəetmə orqanlarıtərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibatiişlər yoxlanılır. 2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərə görə 41 müdir işdən çıxarılıb və 100-dən çox müdirə inzibati tədbirlər tətbiq olunub”.

Seçilən
80
azertag.az

1Mənbələr