AZ

Sertifikasiya prosesinin müsahibə mərhələsinə avqust ayının sonlarından etibarən start veriləcək

Bakı. Trend:

2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901müəllim iştirak edib.

Trend xəbərverir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlanismayılbəyli deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırmadan keçmiş 17 426təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifəmaaşına isə 10 faiz artım tətbiq olunub:

"2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində21000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatikafənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif,Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilisdili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransızdili və s.) müəllimləri iştirak edib. Test imtahan mərhələsində6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30bal və daha yuxarı nəticə göstərib".

"Qeyd edək ki, sertifikatlaşdırma prosesinin növbəti mərhələsi,yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarındanetibarənbaşlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin testimtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələrtəşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıqmüəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub", -N.İsmayılbəyli bildirib.

Seçilən
1
21
az.trend.az

10Mənbələr