Namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib.
“Bu yanaşma müəllimlərin işə daha tez adaptasiya olması, kadr dövriyyəsinin azalması və müəllimlərin sosial rifahının yüksəlməsinə müsbət təsir göstərir.
Eyni zamanda, faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən son 4 ildə 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib.
Yeni meyarın tətbiqi bölgələrdə müəllim çatışmazlığının azaldılması, vakansiyaların daha effektiv tutulması və müəllimlərin rifah səviyyəsinin artırılması baxımından vacibdir”.