Avstraliya hökuməti “YouTube” videohostinq xidmətini 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanundakı platformalar sırasına daxil etmək qərarına gəlib.
Hafta.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese mətbuat konfransında məlumat verib.
“Avstraliya hökumətinin onlayn təhlükəsizlik komissarının tövsiyələrinə uyğun olaraq, 16 yaşdan kiçik şəxslər “YouTube” platformasında hesab yarada bilməyəcəklər”, - baş nazir bildirib.
Siyasətçi həmçinin qeyd edib ki, bu qadağa “Facebook” və “Instagram”, “Snapchat”, “TikTok” və “X” sosial şəbəkələrinə də şamil olunacaq. Onun sözlərinə görə, onlayn oyunlar, messencerlər və təhsil platformaları məhdudiyyətlərə məruz qalmayacaq.