AZ

"Lion" "Liverpul"un müdafiəçisini almaq istəyir

"Liverpul"un mərkəz müdafiəçisi Tayler Morton karyerasını Fransa 1-ci Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən verdiyi məlumata görə, futbolçunun xidmətində "Lion" klubu maraqlıdır.

Klublar artıq transferin rəsmi danışıqlarına başlayıblar. "Liverpul" rəhbərliyi, futbolçusunu 9 milyon avro qarşılığında, bonuslar nəzərə alınmadan, Fransaya buraxmağa hazırdır.

Bununla yanaşı, "Lion" hələ də bu məbləğin uyğun olub-olmadığını qiymətləndirir, çünki fransızlar üçün bu məbləğ yüksək sayılır. Eyni zamanda, "Lion" və Morton şəxsi müqavilə şərtləri barədə razılığa gəliblər.

Keçən mövsümdə 22 yaşlı ingilis futbolçusu "Liverpul"un əsas heyətində 5 matçda iştirak edib və 1 assist qeydə alıb. Onun bazar dəyəri Transfermarkt tərəfindən 7 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
4
90deqiqe.az

1Mənbələr