Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rusofobiya ilə əlaqədar yazıya görə, Rusiya səfiri İtaliya XİN-ə çağırılıb.
İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani Rusiyanın ölkədəki səfiri Aleksey Paramonovu XİN-ə çağırıb.
İtaliya XİN-in məlumatına görə, məsələ "İtaliya Prezidenti Serco Mattarellanın və İtaliya Respublikasının digər vəzifəli şəxslərinin "rusofob" hesab edilən şəxslər siyahısına salınması ilə əlaqədardır".
Mətndə deyilir: "Nazir Tayani dövlət başçısının adının bu siyahıya salınmasını ölkəyə qarşı provakasiya hesab edir və həm nazir kimi, həm də şəxsən Prezident Mattarella ilə həmrəyliyini ifadə edir".
Hürr Tərcüman