AZ

121 min uşağın birinci sinfə qəbulu yekunlaşıb

Mayın 6-dan bu günədək 121 min uşağın birinci sinfə qəbulu yekunlaşıb.

"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib:

“Hazırda hər bir kəs “məktəbəqəbul.edu.az” platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris Azərbaycan və digər dillərdə aparılan ümumi təhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses sentyabrın 12-dək davam edəcək. Bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər”.

Seçilən
30
19
unikal.az

10Mənbələr