AZ

Miras cinayətinin təfərrüatı: Qaynım mənə davamlı mesajlar göndərir, söyürdü

Xəbər verdiyimiz kimi, Türkiyənin Adana şəhərində miras üstündə yaranan mübahisədə ata iki oğluna tüfəng ilə atəş açaraq birini öldürüb, digərini ağır yaralayıb. İndi isə hadisənin təfərrüatı məlum olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əri qayınatası tərəfindən öldürülən Hatice Köse yaşadığı dəhşəti izah edib.

Məlumata görə, ata Erol Köse 4 il əvvəl iki mərtəbəli fərdi evinin və torpağının yaşayış haqqını ödəmək üçün bildiriş aldıqdan sonra beş uşağını evinə çağırıb. Kösenin dörd uşağı evə və torpağa sahib olmaqdan imtina etdiyi halda, Məsud Köse haqqı ödəyərək evin və torpağın sahibi olub.

Bundan dörd il sonra Erol və kiçik oğlu Murat Köse evin və torpaq sənədlərinin onlara qaytarılmasını tələb ediblər. Digər qardaş Nihat Köse Məsudun haqlı olduğunu deyəndə ailə üzvləri arasında düşmənçilik yaranıb.

İddiaya görə, bələdiyyə Köse ailəsinin icarəyə götürdüyü 5 sot torpaq sahəsini möhürlədiyi zaman Murat Köse bu vəziyyətdə qardaşı Nihatı günahlandırıb, ona təhdid dolu mesajlar göndərib.

Seçilən
21
publika.az

1Mənbələr