AZ

"Bakını heç vaxt unutmayacağam!” - BELÇİKALI DİPLOMAT

Yazını böyüt
Yazını kiçilt

Belçikanın Azərbaycandakı diplomatik Missiya rəhbərinin müavini, konsul Tinneke Everaert Bakıda diplomatik fəaliyyətini başa vurub.

Hafta.az-ın səfirliyin facebook səhifəsinə istinadən yazdığına görə, bununla bağlı səfirlikdə vida görüşü keçirilib.

“Azərbaycanda işlədiyim dövr mənə, həm bir insan, həm də diplomat kimi, böyük təəssürat bağışladı. Zəngin tarixi, qonaqpərvər və mehriban insanları olan bu regionu tanımaq mənə həm zövq, həm də imtiyaz hissi verib. Bir şey dəqiqdir: hara getsəm də, Bakını heç vaxt unutmayacağam!”, - vida mərasimində Tinneke Everaert deyib.

Səfirliyin əməkdaşları göstərdiyi xidmət, dürüstlük və əzmkarlığındab dolayısı Everaertə təşəkkür edib, diplomatik karyeranın növbəti mərhələsində uğurlar arzulayıblar.

Seçilən
19
hafta.az

1Mənbələr