Əvvəlcədən müəyyən edilmiş 4 tipli geyim forması arasından biri seçilərək qüvvəyə minib.
News24.az xəbər verir ki, Bu barədə MÜTDA-nın (Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.
Onun sözlərinə görə, hazırda məktəblər bu formaların tətbiqi ilə bağlı yekun qərar veriblər və valideynlər, xüsusilə də övladları 1-ci sinifə yeni qəbul olunanlar, aidiyyəti məktəblərə müraciət edərək hansı geyim formasının seçildiyi barədə məlumat ala bilərlər.
Nurlan İsmayılbəyli qeyd edib ki, vahid məktəbli forması şagirdlərin ümumi görünüşündə nizam-intizam yaratmaq, sosial bərabərliyi qorumaq və təhsil mühitində əlavə diqqət yayındırıcı amillərin qarşısını almaq məqsədi daşıyır.
Valideynlərdən xahiş olunur ki, məktəb seçimlərini nəzərə alaraq geyim məsələsinə vaxtında və diqqətlə yanaşsınlar.
Aqil Qarayev