“Ethereum” (ETH) yarandığı gündən bu yana 12,2 min dəfə bahalaşıb. Belə ki, 2015-ci ilin yayında keçirilən ICO-da tokenin qiyməti təxminən 0,31 dollar təşkil edib. İndi isə kriptovalyutanın qiyməti təxminən 3,78 min dollardır.
“Ethereum”un maksimal qiyməti 4,8 min dollar olub və 2021-ci ilin payızında qeydə alınıb. “Bitcoin” (BTC), “Solana” (SOL), XRP (XRP), BNB (BNB) və bir sıra digər əsas kriptovalyutalardan fərqli olaraq, ETH bu il rekordunu yeniləyə bilməyib. Bununla belə, son bir ay ərzində investorların altkoinə marağı əhəmiyyətli dərəcədə artıb.
“Ethereum” məzənnəsi son 30 gündə 53% artıb, iyulun 28-də ETH 2025-ci il maksimumunu yeniləyərək, 4 min dollar səviyyəsinə yaxınlaşıb. Eyni zamanda “Bitcoin” məzənnəsi 118,2 min dollar ətrafında dəyişir. Kriptovalyuta bazarının ümumi kapitallaşması 3,94 trilyon dollar təşkil edir.