İcbari Tibbi Sığorta Fondunun maliyyələşdirdiyi cərrahiyyə əməliyyatlarının əksəriyyəti özəl tibb müəssisələrində həyata keçirilib.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının auditində bildirilir
Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin dərman və tibbi sərfiyyatla təminatı tam şəkildə həyata keçirilsə də, 2023-2024-cü illərdə dəyəri 5 min manat və ondan yüksək olan əməliyyatların 90 %-dən çoxu özəl tibb müəssisələrində icra edilib.