AZ

Uqanda ilə Cənubi Sudan sərhədində atışma oldu - 6 hərbçi öldü

BAKI, 30 iyul. TELEQRAF

Uqanda və Cənubi Sudan sərhədində baş verən silahlı toqquşma nəticəsində ümumilikdə 6 hərbçi həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Uqanda ordusunun açıqlamasına görə, Cənubi Sudan əsgərləri sərhədi keçərək Uqanda ərazisinə daxil olub və geri qayıtmaqdan imtina ediblər.

Bildirilir ki, bu isə silahlı qarşıdurmaya səbəb olub.

Hadisə nəticəsində 5 Cənubi Sudan və azı 1 Uqanda hərbçisi ölüb.

Cənubi Sudan ordusu atışmanı təsdiqləyib, lakin ölənlərin sayını açıqlamayıb.

Seçilən
25
teleqraf.com

1Mənbələr